Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2022 20:02
Britaniyalı rok musiqiçisi, əfsanəvi "Queen" qrupunun gitaraçısı Brayan Mey Ermənistanla bağlı paylaşım edərək, onlara dəstək olub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, musiqiçi bu barədə rəsmi saytında dərc etdiyi açıqlamada danışıb. O, təcavüzkar Ermənistanı dünyanın ən sülhsevər dövləti adlandırıb.
"Ermənistanın yenidən təhdid edildiyini" deyərək, musiqiçi qondarma "erməni soyqırımı"nı xatırladıb.
Nəşrdə B.Mey "Ermənistanda sabitliyi pozmaq məqsədi ilə hücum zamanı Azərbaycan tərəfindən Ermənistanla sərhəddəki dinc kəndlər atəşə tutulub" deyə, o, açıqlamasında həqiqətə uyğun olmayan sözlər deyib.
Gitaraçı ermənilərin müdafiəsiz olduğunu, Qərbin dəstəyinə ehtiyac duyulduğunu vurğulayıb. Brayan həqiqətdən və ədalətdən uzaq məqaləsinin linkini sosial şəbəkə hesabında da yayımlayıb. Onun bu fikirləri isə tənqid edilib və əslində ermənilərin Azərbaycan sərhəddində təxribat törətdiyi şərh bölümündə yazılıb.
Qeyd edək ki, sentyabrın 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Nəticədə 80 hərbçimiz şəhid olub.
Xatırladaq ki, ukraynalı müğənnilər Tina Karol və Maks Barskix Ermənistanla bağlı paylaşım etmiş və Bakı konsertləri ləğv olunmuşdu.