Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kəskin qaraciyər çatışmazlığı

Kəskin qaraciyər çatışmazlığı

Tarix: 22 Sentyabr 2022 01:03

Kəskin qaraciyər çatışmazlığı orqanizmin ekstremal vəziyyəti olub, hepatositlərin nekrozu nəticəsində baş verir. Xəstəlik özünü ensofalopatiya və hemorragiya əlamətlərilə göstərir. Çox vaxt kəskin qaraciyər çatmazlığı virus hepatitində, qaraciyəri zədələyən digər infeksiyaların ağır formasında rast gəlir. Göbələk və alkoqol zəhərlənməsi, dərmanlarla zəhərlənmələr də kəskin qaraciyər çatışmazlığı verir. Hepatositlərin sitolizi metobolik zəhərlənmə əmələ gətirdiyindən qanda toksiki maddələr (ammoniak, indol, skatol, fenol birləşmələri və s.)toplanır, qanın laxtalanma sistemi pozulur.
KLİNİKİ MƏNZƏRƏSİ: Xəstəlik ağır forma virus hepatitinə xas əlamətlərlə özünü göstərir. İştaha tam itir, yeməyə qarşı ikrah əmələ gəlir, qoxu hissi təhrif olunur, ürək döyüntüləri artır, arterial təzyiq aşağı düşür. Xəstələrdə hemorragik əlamətlər - səpgilər, burundan, diş ətindən, iynə yerlərindən qanaxma xəstəliyin daha da ağırlaşdığını göstərir. Kəskin qaraciyər çatışmazlığının ilk mərhələsində qaraciyərin ölçüləri kiçilir, qaraciyər yumşalır və ağrılı olur, hətta sağ qabırğa altında ağrılar baş verir. İlk vaxtlarda başgicəllənmə,"uçuruma düşmək" kimi hissiyat olur.
DİAQNOZU: kliniki anamnez məlumatlarına əsasən qoyulur. Diaqnoz qoyulan zaman xəstənin B, C, D hepatitlə xəstələnməsi, bəzi hepatotrop dərman maddələrini ( barbituralar, narkotiklər, vərəm əleyhinə preparatlar, fenotiazidlər, tetrasiklin preparatları) qəbul edib - etməməsi nəzərə alınır. Laborator müayinələrin nəticələri əsas götürülür.
MÜALİCƏSİ: Müalicədə əsas məqsəd həyati vacıb orqanların funksiyalarını tənzim etməklıə qaraciyərin funksiyasını bərpa eləməkdən ibarətdir.


Etiketlər:  Kəskin qaraciyər çatışmazlığı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ