Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oklahoma qubernatoru Ordumuzla bağlı bəyannamə yaydı

Oklahoma qubernatoru Ordumuzla bağlı bəyannamə yaydı

Tarix: 22 Sentyabr 2022 08:24

ABŞ-ın Oklahoma ştatının qubernatoru Kevin Skitt Azərbaycan Ordusu ilə tərəfdaşlıqla bağlı bəyannamə yayıb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bəyannamə Oklahoma Ştatı Milli Qvardiyası ilə Azərbaycan Ordusu arasında Dövlət Tərəfdaşlığı Proqramının 20 illiyi münasibətilə imzalanıb.

Bəyannamədə Azərbaycanın 1991-ci ilin 18 oktyabrında müstəqilliyini elan etməsi, ABŞ-la, o cümlədən Oklahoma ştatı ilə müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi vurğulanıb.

Azərbaycan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim öz növbəsində qubernatora təşəkkür edib. Səfir bunun əsl tərəfdaşlıq və dostluq olduğunu bildirib.

Xatırladaq ki, daha əvvəl Amerika Birləşmiş Ştatlarının Oklahoma Ştatının Milli Qvardiyasının komandanı general-mayor Maykl Tompsonun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər və Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında təsdiq olunmuş "Ştatla Tərəfdaşlıq" proqramı əsasında Azərbaycan Ordusu ilə Oklahoma Ştatının Milli Qvardiyası arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın yeni istiqamətləri müəyyən olunub, birgə layihələr müzakirə edilib.

Tərəflər Azərbaycan Ordusu ilə Oklahoma ştatının Milli Qvardiyası arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.


Etiketlər:  Oklahoma qubernatoru Ordumuzla bağlı bəyannamə yaydı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ