Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Mənim üçün çox çətindir” - Ayrılığından danışdı - FOTO

“Mənim üçün çox çətindir” - Ayrılığından danışdı - FOTO

Tarix: 23 Sentyabr 2022 03:40

"Elle" jurnalı üçün kamera qarşısına keçən dünya ulduzu Şakira açıqlamaları ilə gündəmə gəlib.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, ifaçı ilk dəfə futbolçu Jerar Pike ilə ayrılıq prosesindən danışıb.

"Bu tək mənim üçün yox, övladlarım üçün də çox çətin dövrdür. Evimizin qarşısında bütün gün paparatsiyalar düşərgə qurub. Öz evimizdən başqa gizlənə biləcəyimiz yer yoxdur. Bir ailə olaraq uşaqlarla parka gedib, dondurma yeyib, hər hansı fəaliyyətlə məşğul ola bilmirik, fotoqraflar bizi izləyir... Bacardığım qədər vəziyyəti onlardan gizlətməyə çalışıram. Onları qorumaq mənim həyat prioritetimdir. Amma sonra məktəbdə dostlarından nələrsə eşidirlər və ya internetdə xoşagəlməz xəbərlərlə rastlaşırlar. Onlar üçün də inanılmaz dərəcədə çətindir", - deyə, müğənni bildirib.

Xatırladaq ki, Şakira və Pikenin münasibətlərinin bitməsinə səbəb futbolçunun xəyanəti olub. Cütlüyün iki oğlu var.


Etiketlər:  Mənim üçün çox çətindir Ayrılığından danışdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ