Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Oktyabr 2019 09:40
Bakı. Trend:
Türkiyənin Kayseri vilayətində xəzinə ovçuları çökən tunelin dağıntıları altında qalıb.
Trend-in məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.
Məlumata əsasən, hadisə Melikgazi rayonunda baş verib. Xəzinə tapmaq üçün qazılmış yeraltı tunelin çökməsindən sonra iki nəfər dağıntılar altında qalıb.
Hadisə ilə bağlı araşdırma başlayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin