Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Planşetə görə qadını öldürdülər

Planşetə görə qadını öldürdülər

Tarix: 28 Sentyabr 2022 15:48

Rusiyada, Volqoqrad vilayətində 81 yaşlı rusiyalı təqaüdçü qadını vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilinən iki yerli sakin saxlanılıb.

Sonxeber.net bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

İstintaqın məlumatına görə, sentyabrın 21-də şübhəlilər birlikdə spirtli içki qəbul etdikdən sonra pul almaq qərarına gəliblər. Onlar tək yaşayan və müqavimət göstərə bilməyən yaşlı qadını xatırlayıblar. Dostları onun evinə daxil olub, onlardan biri qurbanı yastıqla boğmağa başlayıb, ikincisi isə boynuna bir neçə bıçaq zərbəsi endirib. İki min rubl (təxminən 34 dollar) və bir planşet təcavüzkarların şikarına çevrilib. Cinayəti gizlətməyə çalışan şəxslər evi yandırıblar.

Yanan evə gələn təcili yardım əməkdaşları qadının meyitini aşkar ediblər. Mütəxəssislər ölümün səbəbinin yanğın deyil, bıçaq xəsarətləri olduğunu müəyyən ediblər. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi ("Qətl") ilə iş açılıb.

"İstintaqın gedişində Komitənin rayon şöbəsinin məhkəmə-tibb ekspertləri əməliyyat polisi əməkdaşları ilə birlikdə şübhəli şəxslərin şəxsiyyətini müəyyən etməyə imkan verən bir sıra istintaq və prosessual hərəkətlər həyata keçiriblər", - deyə idarədən bildirilib.

İrfan Vəliyev


Etiketlər:  Planşetə görə qadını öldürdülər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ