Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ”ın sabiq futbolçusu rəsmən İspaniya klubunda

“Qarabağ”ın sabiq futbolçusu rəsmən İspaniya klubunda

Tarix: 29 Sentyabr 2022 08:54

Ötən mövsüm başa çatandan sonra "Qarabağ"dan ayrılan Xayme Romeronun yeni klubu bəlli olub.

32 yaşlı yarımmüdafiəçi İspaniyanın "Kartaxena" klubu ilə anlaşıb.

İspaniyalı futbolçu yeni klubu ilə 1 illik müqaviləyə imza atıb. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, Romero 2019-cu ilin yayından "Qarabağ"ın uğurları üçün çalışırdı. O, Ağdam klubunun heyətində meydana çıxdığı 69 oyunda 14 qol vurub, 16 məhsuldar ötürmə müəllifi olub. 4 ay idi klubsuz olan Xayme, bir neçə gün öncə "Kartaxena"nın düşərgəsinə baxışa dəvət olunmuşdu.

Milli.Az


Etiketlər:  Qarabağın sabiq futbolçusu rəsmən İspaniya klubunda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ