Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2022 12:02
Almaniya federal hökuməti Ukraynanı məxfi məlumatlarla təmin edir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın "Spiegel" qəzeti məlumat yayıb.
"Yayın əvvəlindən Federal Kəşfiyyat Xidməti gizli əməliyyat çərçivəsində Ukraynaya müharibə zonasından məxfi məlumatlar verir. Ukrayna kəşfiyyat xidmətinə daxil olan yüzdən çox məlumat arasında peyk görüntüləri və Rusiyanın mövqeləri haqqında ələ keçirilən rabitələrdən götürülən məlumatlar da olub. Almaniya təhlükəsizlik dairələri Federal Kəşfiyyat Xidməti ilə Ukrayna kəşfiyyatı arasında əməkdaşlığı təsdiqləyib. Aprel ayında məlumatların təhlükəsiz ötürülməsi üçün xüsusi texniki materiallar Kiyevə çatdırılıb",- məlumatda deyilib.