Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Novxanıdakl hoteldə baş verən yanğın söndürülüb - FOTO

Novxanıdakl hoteldə baş verən yanğın söndürülüb - FOTO

Tarix: 29 Sentyabr 2022 21:54

Fövqəladə Hallar Nazirliyinin (112) qaynar xətt telefonuna Novxanı qəsəbəsində yanğın olması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən bildirilib ki, yanğınsöndürənlər ünvana çatdıqdan sonra yanğının "Spring" Hotelin yardımçı tikilisinin hamam və sauna bölməsində baş verdiyi məlum olub. Binadakı şəxslər təxliyə olunub, xəsarət alan yoxdur.

Yanğından mühafizə qüvvələrinon operativ müdaxiləsi nəticəsində alovun otelin əsas binasına keçməsinin qarşısı alınıb, otel binası yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Milli.Az


Etiketlər:  Novxanıdakl hoteldə baş verən yanğın söndürülüb FOTO


RƏYLƏR