Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəhim Rəhimlinin son ''Whatsapp'' yazışmaları - FOTO

Rəhim Rəhimlinin son ''Whatsapp'' yazışmaları - FOTO

Tarix: 1 Oktyabr 2022 10:30

Müğənni Elnarə Xəlilova mərhum həmkarı Rəhim Rəhimli ilə bağlı paylaşım edib.

Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, sənətçi instaqram hesabında ifaçı ilə olan son votsap yazışmalarını paylaşıb. Qeydlərdən Rəhim Rəhimlinin ölümündən bir müddət əvvəl yeni yutub kanalı açdığı məlum olub.

Xəlilova paylaşımına "Allah sənə rəhmət eləsin, Rəhim, Allah o dünyanı versin. Allah günahlarını bağışlasın. Arzuların var idi. Xəyalların da həmçinin... İnşallah, mahnılarında yaşayacaqsan" sözlərini də əlavə edərək ifaçının vəfatına görə kədərləndiyini bildirib. 

Xatırladaq ki, ürəktutmadan vəfat edən Rəhim Rəhimli ötən gün Bülbülə qəbiristanlığında dəfn edilib. O, uzun müddət idi sirrozadan əziyyət çəkirdi.


Etiketlər:  Rəhim Rəhimlinin Whatsapp yazışmaları FOTO


RƏYLƏR