Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2019 10:44
Bakı. Trend:
Hindistanın şərqində sahil rayonlarında sakinlərin təxliyə edilməsi barədə qərar qəbul edilib.
Trend-in məlumatına görə, şəhər rəhbərliyi belə bir qərarı yaxınlaşmaqda olan "Fani" siklonu ilə əlaqədar qəbil edib. Bildirilir ki, təxliyə təxminən 800 min nəfəri əhatə edəcək.
Təxliyə olunanlar məktəblərdə, xüsusi hazırlanmış sığınacaqlarda yerləşdirlir.
Meteoroloqlar sabah "Fani" qasırğasının güclü külək və aramsız yağışlarla müşayiət olunacağını proqnozlaşdırırlar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin