Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda iki piyadanı vuran taksi digər avtomobillə toqquşub

Bakıda iki piyadanı vuran taksi digər avtomobillə toqquşub

Tarix: 2 Oktyabr 2022 15:52

Bakının Xəzər rayonunun Binə qəsəbəsində dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, taksi fəaliyyəti ilə məşğul olan "Toyota Prius" markalı avtomobil hərəkətdə olarkən yol kənarında dayanan 20 yaşlı İbadov Məhəmməd Fərrux oğlunu və 29 yaşlı Hüseynova Saray Akşin qızını vurub.

Daha sonra sürücü idarəetməni itirərək nəqliyyat vasitəsini digər avtomobilə çırpıb. Nəticədə digər avtomobildə olan iki nəfər də xəsarət alıb.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az


Etiketlər:  Bakıda iki piyadanı vuran taksi digər avtomobillə toqquşub


RƏYLƏR