Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Oktyabr 2019 15:28
Bakı. Trend:
İndoneziyanın paytaxtı Cakartada baş verən etiraz aksiyaları zamanı 210 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, xəsarət alanlardan 15 nəfəri xəstəxanaya yerləşdirilib.
Cakarta qubernatoru iğtişaşlarla bağlı 30 nəfərin saxlandığını bildirib.
Qeyd edək ki, Cakartada tələbələrin aksiyaları sentyabrın 24-də başlayıb. Tələbələr Cinayət Məcəlləsinə edilən dəyişikliklərə etiraz edir. Onların fikrincə, yeni dəyişikliklər şəriət qanunlarına yaxındır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin