Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Turist sevgilisinin baqajını dənizə atdı, tətilini həbsdə keçirdi

Turist sevgilisinin baqajını dənizə atdı, tətilini həbsdə keçirdi

Tarix: 4 Oktyabr 2022 02:26

Kruiz gəmisinin sərnişini sevgilisinin yükünü dənizə atdıqdan sonra əlləri qandallı şəkildə gəmidən endirilib.

Milli.Az bildirir ki, bu barədə "The Express" məlumat yayıb.

Nəşrin yazdığına görə, yeddi günlük səyahətin ikinci günündə turist sevgilisinin çamadanını dənizə ataraq onu pul və sənədlərindən məhrum edib. Nəticədə ekipaj üzvləri onu həbs edərək gəmi otağına yerləşdirib və məzuniyyətinin qalan hissəsini orada keçirib.

Qeyd olunur ki, kruizin sonunda həmin şəxs polis tərəfindən saxlanılıb. Nəşr əlavə edib ki, davakarın bank kartı otağında qalıb, ona görə də keçmiş sevgilisi ondan öz hesabına külli miqdarda pul köçürə bilib.

Cütlük arasında hansı qalmaqalın yarandığı barədə məlumat verilməyib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Turist sevgilisinin baqajını dənizə atdı tətilini həbsdə keçirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ