Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Oktyabr 2022 08:15
Dəfnə yarpağının diatezə faydası barədə mənə qoca bir qadın danışıb. Həmin qadın öz nəvəsini diatezdən dəfnə yarpağı dəmləməsi ilə xilas etdiyini söylədi. Qoca qadın dəfnə yarpağının faydası barədə isə öz nənəsindən eşitdiyini deyirdi.
Qadın nəvəsinin əllərini və ayaqlarının şişkinləşdiyini görmüş və dərhal həkimə aparmışdır. Həkimin təyinatlarını yerinə yetirdikcə uşaqdan diatez əlamətlərinin getmədiyini görən qadın öz nənəsindən eşitdiyi resepti nəvəsinə tətbiq etmiş və faydasını görmüşdür. Nənəsinin hazırladığı dərman həkimlərin yazdığı mazlardan və dərmanlardan daha faydalı olmuşdu.
Dəmləməni hazırlamaq üçün çoxlu miqdarda dəfnə yarpağı xırdalanır və 1 litr suda qaynadılır. Qaynama prosesi zəif odun üstündə 2-3 dəqiqədə baş verməli, sonra isə su hamamında həyata keçirilməlidir. Qaynadıqdan sonra dəmləmənin üzərinə bağararpağı əılavə edilir və səhərə kimi dəmləmə suyun içərisində saxlanılır. Dəmləmədən hər gün 1 xörək qaşığı olmaqla 3-4 dəfə yeməkdən sonra qəbul edilir.