Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Papa John's"un qurucusu evsiz qaldığını dedi, tənqid olundu - VİDEO - FOTO

Tarix: 6 Oktyabr 2022 17:15

"Papa John's" pizza restoranları şəbəkəsinin qurucusu Con Şnatter Florida ştatında tüğyan edən "İan" qasırğası səbəbindən evlərindən birini itirdiyini bildirib. Sosial şəbəkə istifadəçiləri sahibkarı bu sözlərinə görə sərt şəkildə tənqid ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, Şnatterin ölkə daxilində 20-yə yaxın mülkü var, onlardan biri - altı milyon dollar dəyərində olduğu bildirilən mülk Neypls şəhərində (Florida, ABŞ) yerləşir. Sahibkar həmin bu mülkünün qasırğadan ciddi ziyan gördüyünü açıqlayıb.

"Bütün bunların nə qədər dəhşətli olduğunu təsəvvür belə, etmirsiniz. Mən Floridadakı insanlar üçün çox təəssüflənirəm. Bəli, mən evimi itirdim, lakin onlar hər şeylərini itirdilər", - deyə Şnatter bildirib.

Bununla belə, "Papa John's"un qurucusunun sözləri birmənalı qarşılanmayıb.

"Bəli, mən evimi itirdim, amma narahat deyiləm, çünki 600 milyonum var və binalarımı sığorta etməyə gücüm çatır... O, çox gülünc görünür", - deyə sosial şəbəkə istifadəçilərindən biri deyib. Digər internet istifadəçiləri də sahibkarın səmimiyyətinə inanmayıblar. Onlarla insanın həyatını itirdiyi fəlakətdən danışarkən sahibkarın zərər görən evini qabartması tənqidlə qarşılanıb.

Milli.Az


Etiketlər:  Papa Johnsun qurucusu evsiz qaldığını dedi tənqid olundu VİDEO FOTO


RƏYLƏR