Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Şübhəni artıran sübutlar tapılıb” – Avropanı silkələyən olayda yeni gəlişmə

“Şübhəni artıran sübutlar tapılıb” – Avropanı silkələyən olayda yeni gəlişmə

Tarix: 6 Oktyabr 2022 21:06

"Şimal Axını 1" və "Şimal Axını 2" qaz kəmərlərində sızma ilə bağlı araşdırmaya rəhbərlik edən İsveç prokuroru Mats Lunqqvist enerji xətlərinə qarşı təxribat şübhələrini artıran sübutlar tapıldığını açıqlayıb.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, İsveç xarici işlər naziri Ann Linda isə baş verənlərin 1980-ci ildən bəri ölkəsinin başına gələn ən ciddi təhlükəsizlik problemi olduğunu bildirib.

"Şimal Axını 1" və "Şimal Axını 2" boru kəmərləri ilə bağlı baş verənlər Avropa və onun yaxınlığında pisləşən təhlükəsizlik siyasətinin nəticəsi kimi qiymətləndirilməlidir. Hazırda bunu kimin etdiyinə əmin deyilik. Bununla belə, təxribat şübhəsi İsveç üçün hərbi təhlükə kimi qəbul edilməməlidir", - nazir deyib.

Bir sıra Avropa Birliyinin bəzi üzvləri baş verənlərə görə Rusiyanı ittiham edib.


Etiketlər:  Şübhəni artıran sübutlar tapılıb Avropanı silkələyən olayda yeni gəlişmə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ