Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Oktyabr 2019 21:00
Bakı. Mətanət Nəsibova - Trend:
Azərbaycanda reallaşdırılan iqtisadi islahatlar demoqrafik vəziyyətə müsbət təsir göstərib.
Trend-in məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.
O bildirib ki, 2009-cu ildən bu günədək, siyahıyaalma məlumatlarına əsasən, ölkədə 10 milyon əhali var:
“Bu müddət ərzində ölkə əhalisi 1 milyon 84 min 500 nəfər artıb. Müsbət dinamika nikah sayında da müşahidə olunub. 10 il ərzində nikahlar 11,4 faiz artıb. Ana ölümü 12,3 faizdən 11,1 faizədək, uşaq ölümü 14,3 faizdən 14,1 faizədək azalıb”.
T.Budaqov əlavə edib ki, hesabat dövründə miqrasiya göstəriciləri üzrə də müsbət dinamika qeydə alınıb:
“Xaricdən qayıdanların sayı, ölkəni tərk edənlərin sayından çoxdur. Bu fərq 14 500 nəfər təşkil edib”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin