Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çimərliyikdə batan yaşlı qadının köməyinə gəldi və qəhrəman elan olundu

Çimərliyikdə batan yaşlı qadının köməyinə gəldi və qəhrəman elan olundu

Tarix: 9 Oktyabr 2022 05:32

Türkiyə çimərliyində olan britaniyalı qadın turist batan yaşlı qadının köməyinə gəlib və həyatını xilas edib.

Milli.Az bildirir ki, bu barədə "Mirror" yazır.

53 yaşlı keçmiş tibb bacısı Li-Bernadett Uolford məşhur kurortun çimərliyində günəş vannası qəbul edərkən həkimi köməyə çağıran tətilçilərin qışqırıqlarını eşidib. Britaniyalı nəfəs almayan və özünə gəlməyən yaşlı qadın turistin dənizdən necə çıxarıldığını görüb. Qadının nəbzini hiss etməyən Uolford qurbana süni tənəffüs vermək qərarına gəlib. Yaşlı turist özünə gəlib - o, xəstəxanaya aparılıb və bir neçə gün sonra evə buraxılıb. Onun sözlərinə görə, o, üzmək istəyib, lakin yorulub və huşunu itirib.

Qeyd olunur ki, Uolford artıq dördüncü dəfədir köməyə gəlir - o, əvvəllər körpüdən tullanmağı planlaşdıran şəxsi saxlayıb, idman kompleksində bir oğlanın həyatını xilas edib və xəmirdən boğulan kişiyə kömək edib.

Yerli mediada turist öz həssaslığı və cəsarətinə görə qəhrəman elan olunub.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Çimərliyikdə batan yaşlı qadının köməyinə gəldi qəhrəman elan olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ