Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nə təcili yardım, nə yanğınsöndürən - Heç bir avtomobil binanın həyətinə girə bilmir - VİDEO

Nə təcili yardım, nə yanğınsöndürən - Heç bir avtomobil binanın həyətinə girə bilmir - VİDEO

Tarix: 9 Oktyabr 2022 14:32

Adətən qanun çərçivəsində tikilən bütün binalarda fövqaladə hal vəziyyəti nəzərə alınır. Yəni yanğınsöndürən,təciili tibbi yardım və s maşınlar binanın həyətinə rahat daxil ola bilirlər. Gəncə prospektində bir həyətdə isə vəziyyət fərqlidir.vOnsuzda dar olan həyətdə tikilən yeni bina nəinki iri maşınların daxil olması, uşaqların oyun yerlərini belə zəbt edib. Aidiyyəti qurumlar isə şirkətin bina tikintisi üçün bütün sənədlərinin qaydasında olduğunu deyirlər. Yəni sən vurmadın, mən yıxılmadım , nəticə də dəyişmədi.

Bu sakinlər paytaxtın Xətai rayonunun Gəncə prospektində yaşayırlar və evlərinə bitişik binanın tikilməsindən narazıdırlar. Onlar günlərdir müraciət etmədikləri ünvanın qalmadığını deyirlər.

Sakinlərinin şikayəti ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov Xəzər Xəbər-ə bildirdi ki, ərazidə yeni tikiləcək 16 mərtəbəli binanın bütün sənədləri qaydasındadır. Amma İcra Hakimiyyəti tikintiyə məsul qurum deyil və sual Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmalıdır. Komitədən isə bildirildi ki, sözügedən ünvanda yerləşən torpaq sahəsi yaşayış binasının tikintisi və abadlıq işlərinin aparılması məqsədilə Bakı şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ilə "Yaqub-A" MMC-nin istifadəsinə verilib. Həmçinin tikinti obyektinin inşasına dair aidiyyəti dövlət qurumları tərəfindən layihəyə müsbət rəylər bildirilib və e-tikinti.gov.az portalı vasitəsilə tikintiyə elektron formada icazə verilib.


Etiketlər:  təcili yardım yanğınsöndürən Heç avtomobil binanın həyətinə girə bilmir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ