Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2022 09:44
Bakıda restoranda dava düşüb.
Sonxeber.net xəbər verir ki, hadisə Nizami rayonu ərazisində yerləşən "Şuşa qalası" restoranında qeydə alınıb.
Təbriz Məmmədov qardaşı Nicat Məmmədovla birlikdə gecə saat 23 radələrində ictimai qaydanı pozaraq Sirac Mustafayevə yumruq və təpiklə zərbələr vuraraq xəsarət yetiriblər. Qardaşlar saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.