Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni Zelandiya Vahid Ələkbərova sanksiya tətbiq etdi

Yeni Zelandiya Vahid Ələkbərova sanksiya tətbiq etdi

Tarix: 11 Oktyabr 2022 12:00

Yeni Zelandiya Rusiyanın 75 vətəndaşını, o cümlədən "Lukoyl" şirkətinin keçmiş prezidenti və sabiq baş icraçı direktoru Vahid Ələkbərovu sanksiya tətbiq olunan şəxslərin siyahısına salıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə məlumatı BBC yayıb.

Bildirilib ki, Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaları genişləndirib. Sanksiya siyahısına Rusiyanın 75 vətəndaşı və iki şirkəti əlavə olunub. Onlardan 24-ü məmurdur. Rusiya rəsmiləri Ukrayna bölgələrinin ilhaqı ilə əlaqədar sanksiyaya məruz qalıblar.

Məlumata görə, siyahıya V.Ələkbərovla yanaşı "Qazprombank"ın İdarə Heyətinin sədri Andrey Akimov, "Vneşekonombank"ın sədri Sergey Qorkov, "Rosoboroneksport"un baş direktoru Aleksandr Mixeyev, "Novatek"in İdarə Heyətinin sədri Leonid Mixelson, "Norilsk Nikel"in prezidenti Vladimir Potanin və başqaları daxildir.

Yeni Zelandiyanın ticarət naziri Damien O'Konnor bildirib ki, aprel ayından Rusiya ilə bu ölkə arasında ticarət artıq əhəmiyyətli dərəcədə azalıb. Rusiyadan Yeni Zelendiyaya idxalata 75 faiz azalıb: "Bugünkü əlavə məhdudiyyətlər Rusiyaya verdiyimiz mesajı daha da gücləndirəcək. Biz Rusiya hərbi maşınını maliyyələşdirməyəcəyik və ya dəstəkləməyəcəyik".

Yeni Zelandiyanın xarici işlər naziri Nanaya Maxuta qeyd edib ki, sanksiya siyahısında olanlar arasında bu ölkə ilə əlaqələri olan "Evraz Group"un Direktorlar Şurasının rəhbəri Aleksandr Abramov da var. Nazirin sözlərinə görə, A.Abramov və onun ailə üzvlərinə Yeni Zelendiyaya səyahət qadağası qoyulacaq, onların təyyarə və gəmilərinin hava məkanımıza və limanlarımıza daxil olması qadağan ediləcək: "Sanksiyaların məqsədi günahsız yeni zelandiyalıları cəzalandırmaq deyil, Rusiyaya təzyiq göstərməkdir".

Milli.Az


Etiketlər:  Yeni Zelandiya Vahid Ələkbərova sanksiya tətbiq etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ