Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda Tiktok hələ açılmayıb - Rəsmi

Azərbaycanda Tiktok hələ açılmayıb - Rəsmi

Tarix: 11 Oktyabr 2022 16:56

"TikTok" sosial şəbəkəsinə girişin müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərarda dəyişiklik olacağı halda aidiyyəti orqanlar bu barədə ictimaiyyəti məlumatlandıracaq.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

-------

15:24

Azərbaycanda Tiktok sosial şəbəkəsi fəaliyyətini bərpa edib.
 
Milli.Az azxəbər-ə istinadla xəbər verir ki, bu gün sosial şəbəkə fəaliyyətini bərpa edib. 
 
Xatırladaq ki, 12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdiyi təxribatlardan sonra Azərbaycanda "TikTok" sosial şəbəkəsi bağlanmışdı. "TikTok"un bağlanmasına səbəb ordunun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatların yayılmasının qarşısının alınması olub.

Milli.Az


Etiketlər:  Azərbaycanda Tiktok hələ açılmayıb Rəsmi


RƏYLƏR