Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zaxarovadan Aİ-yə Azərbaycan-Ermənistan mesajı – “Bu, müdaxilə cəhdidir”

Zaxarovadan Aİ-yə Azərbaycan-Ermənistan mesajı – “Bu, müdaxilə cəhdidir”

Tarix: 11 Oktyabr 2022 21:15

Rusiya Avropa İttifaqının Azərbaycan-Ermənistan sərhədində mülki missiya yerləşdirmək niyyətini Brüsselin Moskvanın səylərini kənara itələmək və münasibətlərin nizamlanmasına müdaxilə cəhdi kimi görür.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Təəssüf ki, biz bunda Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanmasına hər hansı formada müdaxilə, ölkəmizin vasitəçilik səylərini kənara itələmək üçün növbəti cəhdini görürük", - XİN rəsmisi bildirib.

Moskvanın mövqeyinə gəldikdə, Zaxarov qeyd edib ki, Bakı ilə İrəvan arasında barışığın, regionda davamlı sülhün və uzunmüddətli sabitliyin bərqərar olmasının yeganə açarı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının tam şəkildə həyata keçirilməsidir.

Milli.Az


Etiketlər:  Zaxarovadan Azərbaycan Ermənistan mesajı Bu müdaxilə cəhdidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ