Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2022 15:26
Valideyn-müəllim, valideyn-məktəb fəaliyyətini tənzimləyən komitələrin səs-sədası bu gün də cəmiyyətdə eşidilir və müzakirə olunur.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bir çox məktəbdə "valideyn komitəsi" adlı quruplar fəaliyyət göstərir. Bu gün bəzi valideynlər komitənin fəaliyyətinin şənlik, qonaqlıq və ad günü kimi tədbirlərin təşkil olunması üçün yaradıldığını düşünür. Bəziləri isə müəllimlə münasibətdə bir vasitəçi rolu oynadığını hesab edir.
Müəllim Turanə Zeynalova deyir ki, valideyinlərin çoxu işinə görə məktəbə gələ bilmir. Bu səbəbdən də komitə və bir idarəçinin olması çox əhəmiyyətlidir. Məktəblərdə ciddi qaydalar tətbiq olunarsa, hansısa məqsədlə pul yığımından da söhbət gedə bilməz.
Valideyn komitəsinin üzvlərindən olan Tofiq Sadıxov isə qeyd edir ki, burada əsas fəaliyyət üzvlərin xarakteri və qarşılarına qoyduqları məqsədlə tənzimlənir.
Təhsil eksperti Elşən Qafarovun sözlərinə görə, valideyin komitəsinin vəzifəsi məktəbin nizamnaməsinə əsasən müəyyən olunmalıdır. Bu isə hazırki vəziyyətdə mümkün deyil.
Elm və Təhsil Nazirliyi yanında ictimai şuranın sədri Günel Səfərova valideyn komitələrinin BMT-nin Uşaqların Beynəlxalq Fövqəladə Hallar Fondunun layihəsi olduğunu deyib. O, qeyd edib ki, hazırda isə çox az məktəblərdə bu fəaliyyət növü mövcuddur. Lakin mövcud çatışmazlıqlar nəzərə alınaraq bu istiqamətdə də addımlar atılır. Hazırda "Məktəb - Ailə" icma birliyi adlı yeni layihənin reallaşması üzərində iş aparılır.
Günel Səfərova pilot layihənin qısa zamanda bəzi məktəblərdə yoxlanmasına başlanacağını deyib.