Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

37 yaşlı qadın intim hislərinə qurban getdi

37 yaşlı qadın intim hislərinə qurban getdi

Tarix: 12 Oktyabr 2022 18:32

ABŞ-da 37 yaşlı məktəb müəlliməsi yeniyetmə ilə cinsi əlaqədə olduğu üçün on il həbs cəzasına məhkum edilib.

Milli.Az bildirir ki, bu barədə "Naughty Teacher List" xəbər verib.

Texas ştatındakı Montgomeri dairəsinin "Oak Ridge High School" müəlliməsi Bonni Qess Mazok, yanvar ayında başlayan bir şagirdlə uyğun olmayan münasibətə görə məhkum edilib. İstintaqın məlumatına görə, polisə ilk olaraq zərərçəkənin nənəsi müraciət edib. Sonradan məlum olub ki, yeniyetmə əvvəlcə əmisi oğluna Mazokla cinsi əlaqədə olduğunu deyib.

İstintaq zamanı əməliyyatçılar müəyyən edə biliblər ki, şagird qış tətilində bir neçə dəfə avtomobilində və evdə qadınla cinsi əlaqədə olub. "Ər onu evdə qane etmədi, ona görə də mən bununla məşğul oldum", - o deyib.

Polis öyrənib ki, müəllimə şagirdlə messencerdə yazışıb və ona çılpaq fotolarını göndərib. Bundan əlavə, onlar gələcək görüşlərini və narkotiklərin alınmasını müzakirə ediblər. Şagird dindirmə zamanı bildirib ki, Mazok ona nağd pul verib və o, hər ikisinin görüş zamanı istifadə etdiyi qanunsuz maddələr alıb.

Məhkəmə sənədlərinə görə, Bonni Qess Mazok 3 avqust 2021-ci ildə "Oak Ridge High School"-da işə başlayıb. Qadın on il cəzasını Texas ştatının həbsxanasında çəkəcək. Keçmiş müəllimənin vəkillərinin apelyasiya şikayəti verib-vermədiyi barədə məlumat verilməyib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  37 yaşlı qadın intim hislərinə qurban getdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ