Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Okeanları bu yolla xilas etmək istəyirlər - FOTO

Okeanları bu yolla xilas etmək istəyirlər - FOTO

Tarix: 12 Oktyabr 2022 21:02

ABŞ-ın Kaliforniya ştatında San Dieqo körfəzi sahillərində qəribə kürəşəkilli beton konstruksiyalar peyda olub. Sosial şəbəkələrdə bununla bağlı fotolar paylaşılıb.

Sonradan ekoloqlar qəribə strukturların açıqlamasını veriblər. Məlum olub ki, bu kürələr istiridyə rifləri üçün süni baza kimi hazırlanıb. Onların fikrincə bununla okeanların xilasına töhfə vermək mümkün olacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, alimlər bildiriblər ki, sferik strukturlar sement, qum və əzilmiş mollyuska qabıqlarının qarışığından ibarətdir - sonuncu komponent canlı istiridyələri cəlb edir, onlar özlərini obyektlərə bağlayır və orada öz koloniyalarını təşkil edirlər.

Mütəxəssislərin fikrincə, təxminən bir ildən sonra bu içiboş strukturlar çoxlu çanaq və lillə örtüləcək.

San Dieqo limanının ətraf mühitin mühafizəsi idarəsindən bildirilib ki, süni sualtı qayalıqlar sahilləri eroziyadan qoruyur, orada yaşayan mollyuskalar isə suyu süzərək dəniz ekosisteminin normal fəaliyyətinə töhfə verir.

Məlumata görə, bir istiridyə gündə təxminən 190 litr suyu süzür, bu onu daha az bulanıq edir; bu isə sualtı bitki örtüyünün və canlıların inkişafına kömək edir.

Milli.Az


Etiketlər:  Okeanları bu yolla xilas etmək istəyirlər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ