Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

KOBİA ilin son “KOB Fest” sərgi-satış yarmarkasına dəvət edir

KOBİA ilin son “KOB Fest” sərgi-satış yarmarkasına dəvət edir

Tarix: 13 Oktyabr 2022 10:44

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Bakı sakinlərini və şəhərimizin qonaqlarını Bakı Bulvarında (Kukla Teatrının arxası) təşkil ediləcək ilin son "KOB Fest" - sərgi-satış yarmarkasına dəvət edir.

Agentlikdən Milli.Az-a verilən məlumata görə, "KOB Fest" 14-15 oktyabr tarixlərində saat 10:00-dan 18:30-dək paytaxt sakinləri və şəhərimizin qonaqları üçün açıq olacaq. Yarmarkada 80-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin 800-dən çox çeşiddə məhsul və xidmətləri təqdim ediləcək və satılacaq. Sərgi-satış yarmarkasında KOB subyektlərinin istehsal etdikləri bal, şirniyyat məhsulları, kofe, sərinləşdirici içkilər, zəfəran, mürəbbə, əzmələr, sənətkarların və yaradıcı şəxslərin əl işləri, toxuculuq məhsulları, geyimlər, aksessuarlar, dəri və taxtadan suvenirlər, keramika, rəsm əsərləri, kitablar, təhsil və təlim xidmətləri və s. nümayiş olunacaq.

"KOB Fest"in təşkilində məqsəd mikro və kiçik sahibkarlar tərəfindən istehsal olunan məhsulların satış imkanlarını genişləndirmək, yerli məhsulların tanıdılmasıdır.

Festival müddətində mədəni-əyləncəli proqram da təşkil ediləcəkdir.

Milli.Az


Etiketlər:  KOBİA ilin son KOB Fest sərgi satış yarmarkasına dəvət edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ