Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sürücülərə VACİB XƏBƏR VAR - Avtomobillərin icbari sığorta qaydaları dəyişdi - VİDEO

Sürücülərə VACİB XƏBƏR VAR - Avtomobillərin icbari sığorta qaydaları dəyişdi - VİDEO

Tarix: 13 Oktyabr 2022 14:42

Bölgələrlə Bakıdakı nəqliyyat vasitələrinin sığortahaqqları fərli olacaq. 

Bu nüans avtonəqliyyat vasitələrinin icbari sığortası ilə bağlı oktyabrın 1-dən qüvvəyə minən qaydalarda öz əksini tapıb. Yeni qaydalara əsasən, sığorta haqları 4 əsas amil nəzərə alınaraq müəyyənləşdiriləcək. Buraya risk səviyyəsinə görə baza sığorta haqqına yeni əmsalların tətbiqi, nəqliyyatın intensivliyinə görə və avtomobilin ilinə görə sığorta haqqının müəyyən edilməsi daxildir. Həmçinin əgər bir nəqliyyat vasitəsi təkrar bir neçə dəfə qəza törətmiş olarsa, onun da sığortahaqqı daha yüksək məbləğdə hesablanacaq. Ekspertlərin fikrincə, hazırki dəyişikliklər faktiki olaraq sığorta qiymətlərinin artırılması deməkdir. Avtomobil sahiblərinin isə yeni qaydalara münasibəti birmənalı deyil. 

Sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov deyir ki, əvvəllər sığorta ödənişi zamanı həvəsləndirici hallar olsa da, təkrar qəzalara görə cərimə metodu mövcud deyildi. Yeni qaydalara görə daha çox qəza törədən sürücü daha  artıq məbləğdə sığorta haqqı ödəyəcək. Həmçinin, sığortahaqqı ödənişləri bölgələrdə paytaxtdakından az olacaq.

İlkin İbrahimovun sözlərinə görə, avtomobilin ilinin köhnəliyi, həmçinin çox sayda şəxsin adına etibarnamənin verilməsi də sığorta ödənişinin artırılmasına səbəb olacaq. Ekspert deyir ki, gələn aydan daha da təkmilləşdirilmiş qaydaların tətbiqi gözlənir. 

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, ekspert onu da əlavə edib ki, yeni qaydalar həm sığorta şirkətlərinin maddi bazalarının güclənməsinə, həm də vətəndaşlar üçün sığorta əlçatanlığının təmin olunmasına müsbət təsir göstərəcək.


Etiketlər:  Sürücülərə VACİB XƏBƏR Avtomobillərin icbari sığorta qaydaları dəyişdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ