Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2019 14:22
Bakı. Samir Əli - Trend:
Bakıda orta məktəb direktoru qəfil dünyasını dəyişib.
Trend-in məlumatına görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, 293 saylı orta məktəbdə baş verib.
Adıçəkilən məktəbin direktoru Tanrıverdili Vaqif Baba oğlu iş otağında qəfil beyin insultu keçirib. Dərhal hadisə yerinə Təcili Tibbi Yardım Briqadası gəlib və xəstəni 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırıb. Həkimlərin səyinə baxmayaraq V.Tanrıverdili dünyasını dəyişib.
Faktı 293 saylı orta məktəbdən təsdiqləyiblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin