Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

NASA Aya kosmik gəminin göndəriləcəyi tarixi açıqladı

NASA Aya kosmik gəminin göndəriləcəyi tarixi açıqladı

Tarix: 13 Oktyabr 2022 18:54

Artemida 1 (Artemis-1) missiyasının tərkib hissəsi olaraq, "Orion" kosmik gəmisi ilə birlikdə "Space Launch System" (SLS) super ağır daşıyıcı aparatının Aya buraxılması üzrə növbəti cəhd noyabrın 14-nə planlaşdırılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) mətbuat xidməti məlumat yayıb.

Raketin Con Kennedi Kosmik Mərkəzindən buraxılışı yerli vaxtla saat 12:07-də (Bakı vaxtı ilə 21:07) həyata keçiriləcək.

Qeyd edək ki, raketin buraxılması üzrə sonuncu cəhd sentyabrın 27-nə nəzərdə tutulsa da, Floridaya yaxınlaşan "Yan" qasırğası səbəbindən mütəxəssislər buraxılışı ləğv ediblər. Bundan əvvəl isə NASA avqustun 29-u və sentyabrın 3-də "Orion"un buraxılışını təşkil edib. Hər iki dəfə raketə yanacaq doldurarkən hidrogen sızması aşkar edildikdən sonra uçuş ləğv edilib.

Əgər budəfəki buraxılış uğurlu olarsa, "Orion" kosmik gəmisi dekabrın 9-da Yerə qayıdacaq və Sakit Okeana düşəcək.

Milli.Az


Etiketlər:  NASA Aya kosmik gəminin göndəriləcəyi tarixi açıqladı


RƏYLƏR