Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2022 19:00
Sumqayıt sakinləri olan şəxslər yaşadıqları ərazi üzrə polis şöbəsində qeydiyyatdan çıxarılıblar.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Tahir Şəfaqətov və İltifat Novruzov Sumqayıt sakinləridir. Onlar evləri olmadığına görə bir neçə il əvvəl yaşadıqları ərazidə polis şöbəsinə qeydiyyata düşüblər. Amma bir müddət sonra polis də onları qeydiyyatdan çıxarıb. Hələ bu azmış kimi, qeydiyyatları olmadığı üçün şəxsiyyət vəsiqələri də etibarsız hesab olunub. İltifat Novruzov və Tahir Şəfqətovun sözlərinə görə, hazırda qeydiyyatda olmadıqları üçün onlar ciddi problemlərlə üzləşirlər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev "Xəzər Xəbər"ə bildirib ki, indiyə kimi daimi yaşayış yeri olmayan şəxslər yerli polis idarələrində müvəqqəti qeydiyyata düşə bilirdilər. Ancaq bu prosedurda müəyyən dəyişiklik edilib.
Nurlan Əliyev deyib ki, həmin vətəndaşların əgər qeydiyyata düşməyə ünvanları yoxdursa, yenidən yaşadıqları yer üzrə polis idarəsinə müraciət edərək qeydiyyata düşə bilərlər. Hazırda bununla bağlı heç bir məhdudiyyət yoxdur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: