Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2022 20:00
"Hər zaman öz işimizlə, gücümüzlə Azərbaycan mədəniyyətini qorumağa çalışmışıq. Sanki keşiyində əsgər kimi durmuşuq. Bunları titula, ada-sana görə yox, vətəndaş olduğumuza görə edirik. Bu istedadı bizə Allah verib. Övladlarım üçün də vətən, torpaq hər zaman öndə olub. İstər müharibə dövründə, istərsə də indi. Vətəni sevmək dildə reklam olmamalıdır, həqiqətən də sevmək lazımdır"
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Nuriyyə Hüseynova deyib. O daha sonra əlavə edib.
"Heç kimlə intriqam olmayıb, qalmaqal yaşamamışam. Sənətdə təbii ki, rəqabətlər olub, həmişə də olacaq, amma bunun özü də sağlam rəqabət olmalıdır. Bəzən sənət yoldaşlarımızın konsertlərinə getmişik, konsertdən çıxandan sonra hərə bir söz deyib. Mən demişəm ki, siz orada ortalığa qoyulan əziyyətə, zəhmətə baxın. Əgər o indiki dövrdə sponsorsuz, öz gücünə bunları edibsə bu qiymətləndirilməlidir. Sənətkarlar var ki, gənc xanəndələr haqda acizlik edib, xoş söz demirlər, gənclərlə bir verilişlərə getmirlər. Mən heç vaxt deməmişəm ki, niyə məni gənc müğənni ilə efirə çağırmısız? Gənc olanda nə olar ki? Onlara da dəstək mütləqdir. Təbii ki, istedadlı və həqiqətən də sənəti olan gənclərdən söhbət gedir" deyə sənətkar bildirib.
Nuriyyə Hüseynova heç vaxt Leyli obrazı oynamadığını bildirib.
"Xaraketim elədir ki, mən heç vaxt gedib qapı döyüb demirəm ki, "mən varam, mən gəlmişəm, bunu istəyirəm və s.". Vaxtında Opera və Balet teatrına dəvət alsaydım, bəlkə də Leyli obrazını oynayardım. Amma illər keçdi, zaman keçdi. İndi mənim 18 yaşım yoxdur ki, Leyli oynayım. Hətta mənə deyirdilər ki, indi də Leyli rolunu oynaya bilərsən, niyə oynamırsan?Bu yaşda mən özümü Leyli kimi görmürəm. 25 yaşına qədər oynaya bilərdim. Amma buna baxmayaraq 45 yaşında da bu rolu oynayanlar var, gözəl də yaradırlar. Amma mən özümü görə bilmirəm" deyə sənətkar bildirib.