Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2022 22:46
SpaceX şirkəti Ukraynada "Starlink" peyk internet sistemini sonsuzadək maliyyələşdirə bilməyəcəyini açıqlayıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri İlon Mask Tvitterdə bildirib.
"SpaceX şirkəti indiyədək yaranan xərcləri tələb etmir, lakin o mövcud sistemi sonadək maliyyələşdirə və əlavə minlərlə terminal tədarük edə bilməz. Belə terminalların xərci məişətdə işlədilənlərdən 100 dəfə çoxdur" - deyə Mask vurğulayıb.
Ukraynada münaqişə başlayandan bir neçə gün sonra SpaceX şirkəti ölkəni "Starlink" peyk internet sistemi ilə təchiz edib. Bu sistem sayəsində ukrayna ordusu həm etibarlı rabitə sistemi qura, həm də PUA-ları yönləndirə bilir. Son günlərdə isə sistemdə müəyyən boşluqlar aşkar edilib.