Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə “iPhone” satışı qadağan edildi

Bu ölkədə “iPhone” satışı qadağan edildi

Tarix: 15 Oktyabr 2022 08:04

Braziliyada "iPhone" satışı qadağan edilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, şirkət Braziliya məhkəməsi tərəfindən cərimələnib.

Belə ki, oktyabrın 13-də San-Paulu məhkəməsi Braziliyanın Kreditorlar, İstehlakçılar və Vergi Ödəyiciləri Assosiasiyasının təqdim etdiyi iddia ərizəsi ilə "Apple"a qarşı qərar qəbul edib. Şirkət smartfonları şarj adapteri olmadan satdığı üçün cərimələnib. Buna görə məhkəmə smartfonların şarj cihazı olmadan satışını qadağan edərək şirkəti 100 milyon dollar cərimələyib. 

Milli.Az


Etiketlər:  ölkədə iPhone satışı qadağan edildi


RƏYLƏR