Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna əsgərlərinin təlimi üzrə Aİ missiyası təşkil edilib

Ukrayna əsgərlərinin təlimi üzrə Aİ missiyası  təşkil edilib

Tarix: 15 Oktyabr 2022 08:18

Avropa İttifaqı ölkələri Ukrayna əsgərlərinin təlimi üzrə Avropa İttifaqı Missiyasının yaradılmasını təsdiqləyib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, müvafiq qərar Avropa İttifaqına üzv 27 ölkənin Brüsseldəki daimi nümayəndələri tərəfindən yekdilliklə qəbul edilib. Missiya iki il ərzində 15 min Ukrayna əsgərinə təlim keçəcək. Bunun üçün Almaniya və Polşada təlim mərkəzləri yaradılacaq.

Avropa diplomatlarının sözlərinə görə, Ukrayna ordusunun 5000-ə qədər əsgəri yaxın aylarda Almaniyada təlimlərə başlayacaq. Bundesver onlara əsasən hava hücumundan müdafiə sistemləri və artilleriya qurğularından istifadəni öyrədəcək.

Qeyd edək ki, indiyədək Ukrayna hərbçilərinin Avropa İttifaqı ölkələrində təlimi ikitərəfli əsasda təşkil olunurdu.


Etiketlər:  Ukrayna əsgərlərinin təlimi üzrə missiyası təşkil edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ