Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Dado məhkəməyə gəlmir”

“Dado məhkəməyə gəlmir”

Tarix: 15 Oktyabr 2022 10:00

"Oldu, keçdi. Alınmadı, münasibət bitdi. İndi boşanma prosesi gedir, məhkəməyə də gəlmir. Nə olursa ailə içində olur. Efirdə danışmağının da yeri olmadığını düşünürəm".

Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu sözləri "MTV Magazin"ə açıqlamasında müğənni Natavan Həbibi ayrıldığı həyat yoldaşı Dado (Səid Əliyev) haqqında deyib. 

O bildirib ki, illərdir boşanma prosesi davam edir:

"Sadəcə baş tutmur, gah barışırıq, gah sənədlər, gah da ki, özü məhkəməyə gəlmir. Biz dostuq, həm də valideynik. Həmişə belə qalacaq. O, istədiyi vaxt gəlir, uşaqla saatlarla oynayırdı. Lazım olanda qalırdı. Mən də uşağın anasıyam, evdə də hörmət olurdu. Səhəri gün də çıxıb müsahibə verirdi".

Qeyd edək ki, cütlüyün bir oğlan övladı var.


Etiketlər:  Dado məhkəməyə gəlmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ