Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2022 12:06
Türkiyədə dünən səhər saatlarında çimərlik kənarında yerdə yatan bir şəxs vətəndaşların diqqətini çəkib.
Sonxeber.net musavat.com-a istinadla xəbər verir ki, Türkiyənin Samsun şəhərində baş verən hadisəki şəxsin 20 yaşlı İlklima Naz Akbörü olduğunu müəyyən edib.
Başından güllə yarası alaraq ölən gənc qızın yanından silah da aşkar edilib. Polis faciəvi hadisə ilə bağlı araşdırmalara başlayıb.
Araşdırmlar zamanı adı İlklima Naz Akbörü olduğu öyrənilən gənc qızın tapança ilə başından vurularaq öldüyü müəyyən edilib. Gənc qızın cəsədi hadisə yerində müayinə olunduqdan sonra ekspertiza əməliyyatları üçün morqa aparılıb. İlklima Naz Akbörünün cənazəsi yarılma əməliyyatlarından sonra dəfn ediləcəyi Tokat şəhərinə göndərilib.
Hadisə ilə bağlı araşdırmalar davam edir.