Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2022 21:36
Roma Papası Fransisk yeni dünya nizamının yaradılmasına çağırış edib.
Sonxeber.net xəbər verir ki, bu barədə "La Stampa" nəşri məlumat yayıb.
"Müharibə səmərəsiz bir üsuldur: heç vaxt problemləri həll etmir. Yəmən, Liviya və ya Suriya, bir neçə müasir misal gətirsək, hansı ölkə münaqişələrdən əvvəlkindən daha yaxşı yaşayır?", - Papa bildirib.
Fransisk vurğulayıb ki, Ukrayna münaqişəsi Qərbin mərkəzində milyonlarla insanın vicdanını uzun müddətdir mövcud olan humanitar faciənin sərt reallığı ilə üz-üzə qoyub.
"Dialoq, danışıqlar, dinləmə bacarığı, diplomatik bacarıq və silahdan çəkindirmək birgəyaşayış sistemi qurmağa qadir olan uzaqgörən siyasətdir", - Roma Papası əlavə edib. (publika.az)