Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2022 12:52
Avropa İttifaqı Ermənistana mülki missiyanın göndərilməsini təsdiqləyib.
Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurası Ermənistana göndəriləcək mülki missiyanın yaradılması barədə qərar qəbul edib.
Sonxeber.net bildirir ki, bu barədə qurumun rəsmi saytında yazılıb.
Bildirilib ki, missiya Ermənistanda Azərbaycanla sərhədin yaxınlığında yerləşdiriləcək və onun tərkibi 40 monitorinq ekspertindən ibarət olacaq: "Bu, Aİ-nin Cənubi Qafqazda davamlı sülhə nail olmaq kimi ali məqsədə töhfə verməyə tam sadiqliyinin daha bir sübutudur".
Mülki missiya müvəqqəti xarakter daşıyacaq və prinsipcə iki aydan çox olmayacaq.
Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel Twitter-dəki akkauntunda yazıb: "Avropa İttifaqı Cənubi Qafqazda davamlı sülhə töhfə verməyə tam sadiqdir. Biz Ermənistan-Azərbaycan sərhədində monitorinq potensialı yaradırıq və insanların həyatını riskə atmamaq üçün 40 monitorinq eksperti yerləşdiririk".