Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Üç ay əvvəl nişanlanan tələbə intihar etdi

Üç ay əvvəl nişanlanan tələbə intihar etdi

Tarix: 17 Oktyabr 2022 12:52

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi intihar edib.

Sonxeber.net "Qafqazinfo"ya istinadən bildirir ki, universitetin tələbəsi, 2000-ci il təvəllüdlü Muxtar Qayıbov özünü Aşağı Güzdək qəsəbəsində, yaşadığı evin həyətində asaraq həyatına son qoyub.

Onun hansı səbəbdən intihar etməsi məlum deyil.

Bildirilir ki, M.Qayıbov 3 ay əvvəl nişanlanıbmış. Onun boş vaxtlarında yaşadığı qəsəbədə bərbərlik fəaliyyəti ilə məşğul olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Üç əvvəl nişanlanan tələbə intihar etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ