Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2022 13:42
"Rusiya müharibəni həm mənəvi, həm də siyasi və hətta hərbi cəhətdən uduzur".
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ-nin Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə deyib.
"Rusiya günü-gündən daha çox təcrid olunur. Biz BMT Baş Assambleyasındakı səsvermənin nəticəsini gördük. Bütün bunlara görə biz Ukraynanın dəstəkləməyə davam etməliyik. Ukrayna XİN başçısı Dmitri Kuleba da bugünkü görüşdə iştirak edəcək", - o bildirib.
Cozep Borrell vurğulayıb ki, bloka üzv ölkələrin XİN başçıları bu gün həm də Ukrayna hərbçilərinə təlimlərin keçirilməsi ilə bağlı missiya barədə də müzakirə aparacaq: "Təlimlər yalnız əsgərlər üçün deyil, həm də komandirlər üçün nəzərdə tutulur".