Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bağdadda etirazlar zamanı 15 nəfər xəsarət alıb

Bağdadda etirazlar zamanı 15 nəfər xəsarət alıb

Tarix: 2 Oktyabr 2019 20:16

Bakı. Trend:

İraqın paytaxtı Bağdadda etiraz aksiyaları zamanı azı 15 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, aksiyanı dağıtmaq üçün polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.

Etiraz aksiyaları Bağdad və ətraf şəhərlərdə iki gündür ki, davam edir. Etirazçıların sayının artmaqda olduğu deyilir.

Ölkənin baş naziri Adil Əbd əl-Mehdi fövqəladə iclas çağırıb.

Bağdadda “Facebook” və digər sosial şəbəkələrə giriş bağlanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bağdadda etirazlar zamanı nəfər xəsarət alıb


RƏYLƏR