Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Biz qəti şəkildə münaqişə və müharibəyə qarşıyıq'' - Rəisi

''Biz qəti şəkildə münaqişə və müharibəyə qarşıyıq'' - Rəisi

Tarix: 19 Oktyabr 2022 22:24

İran Prezidenti İbrahim Rəisi ilə Polşa Respublikasının Prezidenti Andrjey Duda arasında telefon danışığı baş tutub.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Rəisi bildirib ki, Rusiya-Ukrayna müharibəsində İranın mövqeləri ilə bağlı iddialar əsassızdır: "Bütün bunlar Qərb dövlətlərinin və ABŞ-ın qərəzli siyasətindən qaynaqlanır".

"İran Avropada müharibəyə son qoymaq üçün diplomatik sahədə də daxil olmaqla, bütün imkanlarından istifadə etməyə hazırdır. Biz qəti şəkildə münaqişə və müharibəyə qarşıyıq", - o əlavə edib.

Polşa prezidenti Andrjey Duda isə ölkəsinin İranla uzunmüddətli dostluq əlaqələrinə toxunaraq, İran xalqının İkinci Dünya Müharibəsi zamanı Polşa qaçqınlarına qarşı qonaqpərvərliyini iki ölkə arasında dostluğun dərinliyinin əlaməti hesab etdiyini bildirib.

Polşa prezidenti İranın həmişə dünyada sülh və sabitliyin genişləndirilməsi və möhkəmləndirilməsinə çalışdığını bildirərək, iki ölkə arasında ikitərəfli və beynəlxalq arenada əməkdaşlıq səviyyəsinin yüksəldilməsinə çağırıb.


Etiketlər:  qəti şəkildə münaqişə müharibəyə qarşıyıq Rəisi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ