Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda bu yolda həm sürücülər, həm də piyadalar üçün təhlükə var

Bakıda bu yolda həm sürücülər, həm də piyadalar üçün təhlükə var

Tarix: 20 Oktyabr 2022 21:16

Yol təmir olunub, ancaq piyada keçidi rənglənməyib. Nəticədə yeni təmirdən çıxan asvalt yolda piyadalar həyati təhlükəylə üz-üzə qalırlar.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hərəkət işaqforla tənzimlənsə də, yerdə piyada zolağının olmaması sürücüləri də çaşdırır. Söhbət Fətəli Xan Xoyski və Ağa Nemətulla küçəsinin kəsişməsindəki 4 yol ayrıcından gedir.

Fətəli Xan Xoyski və Ağa Nemətulla küçəsinin kəsişməsində 4 yol ayrıcında piyada keçidi rənglənməyib. baxmayaraq ki, küçə 15 gündən artıqdır ki, təmir olunub.

Həmin yerdə təmirdən əvvəl piyada keçidi olsa da, indi zolaqlar yenilənməyib. Ərazidə hərəkət işıqforla tənzimlənir. Ancaq piyada zolağının olmaması sürücüləri çaşbaş salır.

Sakinlərin bəziləri hesab edir ki, həmin yerdə piyada keçidi ləğv olunub. Lakin əgər zolaq yenidən rənglənsə belə, fiziki məhdudiyyətli şəxslər nəzərə alınmayıb.

Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, həmin piyada keçidi ləğv olunmayıb. Ərazidəki bütün piyada zolaqlarının rənglənməsinin yenilənməsi bu həftənin sonunadək yekunlaşacaq.

Milli.Az


Etiketlər:  Bakıda bu yolda həm sürücülər həm piyadalar üçün təhlükə var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ