Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çox qadınlar bilmir - Süd vəzi xərçənginin 5 əlaməti

Çox qadınlar bilmir - Süd vəzi xərçənginin  5 əlaməti

Tarix: 20 Oktyabr 2022 21:33

1100 nəfər qadın arasında sorğu göstərib ki, onların heç biri süd vəzi xərçənginə aid 5 simptomu sadalaya bilməyib.

Bu da onların həyatını təhlükəyə atır. Çünki süd vəzi xərçəngi ilkin mərhələdə aşkarlanarsa, müalicə olunur.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, Ohayo Onkoloji Mərkəzinin sorğusu ilə müasir qadınların bu ölümcül xəstəlik barədə hələ də məlumatsız olduğunu üzə çıxarıb.

Sorğuda 78% qadın süf vəzisisndə hiss olunan, əllə bilinən bərkimə, şiş olduğundan şübhələnə bilər. Amma təkcə bu əlamət çox azdər. Yalnız 44% qadın süd vəzidə dərinin qızarmasının, dərinin qalınlaşması və orda çökəklər əmələ gəlməsinin xərçəng ola biləcəyini deyib.

Alimlər bütün qadınlara bu 5 əlaməti əzbər bilməyi tövsiyə edir.

- Süd vəzisinin dərisində istənilən dəyişiklik, çörək, dəlik, qabarıqlıq, qızarma, çuxurlaşma, dartılma
- Bir süd vəzisində ağırlaşma, dartılma hissi

- Dərinin qızarması, vəzinin istiləşməsi
- Dərinin qaşınması, qabıqlanması

- Gilələrin içəri girməsi, dartılması, axıntı
Bu əlamətlər fibroadenoma, mastitdə də ola bilər.

Amma əgər siz menopauza dövründəsizsə, süd vəzi şişlərindən şübhələnin.


Etiketlər:  Çox qadınlar bilmir Süd vəzi xərçənginin əlaməti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ