Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2022 17:18
Yol təmir olunub, ancaq piyada keçidi rənglənməyib. Nəticədə yeni təmirdən çıxan asvalt yolda piyadalar həyati təhlükəylə üz-üzə qalırlar. Çünki hərəkət işaqforla tənzimlənsə də, yerdə piyada zolağının olmaması sürücüləri də çaşdırır. Söhbət Fətəli Xan Xoyski və Ağa Nemətulla küçəsinin kəsişməsindəki 4 yol ayrıcından gedir.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Fətəli Xan Xoyski və Ağa Nemətulla küçəsinin kəsişməsində 4 yol ayrıcında piyada keçidi rənglənməyib. baxmayaraq ki, küçə 15 gündən artıqdır ki, təmir olunub.
Həmin yerdə təmirdən əvvəl piyada keçidi olsa da, indi zolaqlar yenilənməyib. Ərazidə hərəkət işıqforla tənzimlənir. Ancaq piyada zolağının olmaması sürücüləri çaşbaş salır.
Sakinlərin bəziləri hesab edir ki, həmin yerdə piyada keçidi ləğv olunub. Lakin əgər zolaq yenidən rənglənsə belə, fiziki məhdudiyyətli şəxslər nəzərə alınmayıb.
Avtomobil Yolları Dövlət Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, həmin piyada keçidi ləğv olunmayıb. Ərazidəki bütün piyada zolaqlarının rənglənməsinin yenilənməsi bu həftənin sonunadək yekunlaşacaq.