Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkədə Ebola virusuna yoluxma halları artır

Bu ölkədə Ebola virusuna yoluxma halları artır

Tarix: 23 Oktyabr 2022 16:36

Uqandada Ebola virusuna yoluxanların sayı 65-ə çatıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ölkənin Səhiyyə Nazirliyi xəstəxanada hələ də aktiv xəstələrin sayının doqquz olduğunu, sağalanların ümumi sayının isə 26-ya yüksəldiyini bildirib.

Bununla belə, hökumət epidemiyanın tezliklə bitəcəyinə əmindir.

"Səhiyyə Nazirliyinin son rəqəmləri epidemiyanın həqiqətən də nəzarət altında olduğunu göstərir", - qurumun açıqlamasında deyilir.

Qeyd edək ki, sentyabrın 20-də Uqandada ilk Ebola hadisəsi təsdiqlənib. Yoluxma paytaxt Kampaladan 153 kilometr aralıda yerləşən Mubende rayonunda qeydə alınıb.

Milli.Az


Etiketlər:  Bu ölkədə Ebola virusuna yoluxma halları artır


RƏYLƏR