Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazir: Bakı və Vilnüs sosial sahədə əməkdaşlıq üçün böyük potensiala malikdir

Nazir: Bakı və Vilnüs sosial sahədə əməkdaşlıq üçün böyük potensiala malikdir

Tarix: 3 Oktyabr 2019 14:44

Bakı. Mətanət Nəsibova - Trend:

Litva və Azərbaycan sosial təminat və əmək sahəsində əməkdaşlıq üçün böyük potensiala malikdir.

Trend-in məlumatına görə, bunu Litvanın sosial təminat və əmək naziri Linas Kukuraytis Bakıda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə görüşü zamanı deyib.

O bildirib ki, Azərbaycanda keçirilmiş islahatlar sosial xidmətlər sahəsinə müsbət təsir göstərib:

“Sosial təminat sisteminin avtomatlaşması, eləcə də DOST konsepsiyasının tətbiq olunması dövlət siyasətinin uğurunun real göstəricisidir”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Nazir Bakı Vilnüs sosial sahədə əməkdaşlıq üçün böyük potensiala malikdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ