Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“WhatsApp”da yeni funksiya

“WhatsApp”da yeni funksiya

Tarix: 24 Oktyabr 2022 10:44

Android üçün "WhatsApp" messencerinin 2.22.23.12 beta versiyasında şəxsi çatlarda sorğular yaratmaq imkanı peyda olub.

Bundan əvvəl qrup söhbətlərində oxşar funksiya tətbiq olunub. İndi isə artıq şəxsi yazışmalarda da sorğular yaratmaq mümkündür.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, sorğunun interfeysi və funksionallığı qrup çatlarında olduğu kimi qalıb. İstifadəçilər 12 cavab variantını özündə birləşdirən sorğu yarada bilərlər.

Məlumata görə, qrup və şəxsi çatlarda sorğular şifrələnir. Odur ki, hətta tərtibatçılar belə bu və ya digər cavabı seçmiş istifadəçiləri müəyyənləşdirə bilməyəcəklər.

Hazırda yenilik beta test mərhələsindədir.


Etiketlər:  WhatsAppda yeni funksiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ